Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 08:48
2019-cu ildə Gürcüstan hava limanlarında 5 milyon 200 mindən çox sərnişinə xidmət göstərilib. Bu da, 2018-ci illə müqayisədə 3 faiz çoxdur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb. Bildirilir ki, ötən il Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanında 3,6 milyon sərnişinə xidmət göstərilib. Bu göstərici də 2018-ci illə müqayisədə 3 faiz azdır.
Acarıstan Muxtar Respublikasının Batumi aeroportundan istifadə edən sərnişinlərin sayı isə 4 faiz artaraq 624,1 min nəfər təşkil edib.
Kutaisi hava limanında 873,9 min nəfər sərnişin daşınıb, sərnişindaşınmada 42 faiz artım qeydə alınıb.