Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatlığa namizədlər üçün SON gün – MSK sədrindən tövsiyə

Deputatlığa namizədlər üçün SON gün – MSK sədrindən tövsiyə

Tarix: 10 Yanvar 2020 09:32

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək təqdim edilməlidir.

Bundan əlavə, yanvarın 10-da səsvermə protokollarının hazırlanması müddəti başa çatır. Protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən geci 30 gün qalanadək, yəni yanvarın 10-na qədər hazırlanmalıdır.

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədlərə sənədləri vaxtında, yəni yanvarın 10-u saat 18:00-a qədər dairə seçki komissiyalarına təqdim etməyi tövsiyə edib. MSK sədri bildirib ki, qanunvericilikdə nəzərdə tutulan vaxtda təqdim edilməyən sənədlər qəbul edilməyəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputatlığa namizədlər üçün gün sədrindən tövsiyə


RƏYLƏR