Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb - SİYAHI

Növbədənkənar parlament seçkilərində təşviqat üçün 256 daimi görüş yeri ayrılıb - SİYAHI

Tarix: 10 Yanvar 2020 10:14

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya əsasən, "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq.

Seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerləri ilə bu linkdə tanış ola bilərsiniz:

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Növbədənkənar parlament seçkilərində təşviqat üçün daimi görüş yeri ayrılıb SİYAHI


RƏYLƏR