Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 09:54
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya əsasən, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.
Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq.