Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 17:08
ABŞ nümayəndələri İranda qəzaya uğramış Ukrayna təyyarəsi ilə bağlı məlumatları rəsmi Kiyevə təqdim edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, prezident Vladimir Zelenski ilə birlikdə ABŞ-ın Ukraynadakı səfiri Kristina Kvinlə görüşüb:
"Vacib məlumatlar almışıq. Bu məlumatlar mütəxəssislərimiz tərəfindən araşdırılacaq".