Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq

Tarix: 10 Yanvar 2020 19:18

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə aparacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki,mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar da yayımlanacaq:

"Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə çərçivəsində, Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında müntəzəm qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək".

Mənbənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə istehsal olunan məhsullar Türkiyə ərazisinə buraxılmayacaq.


Etiketlər:  Ankara Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ