Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 22:36
Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) Fransadakı sosial qurumlarda şəffaflığın tam təmin olunmadığı qənaətindədir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, GRECO Fransa Prezidenti başda olmaqla, nazirlərin də gəlirləri ilə bağlı hesabat verməli olduqlarını bildirib.
Qeyd edək ki, Avropa Şurası prezidentlərin, nazirlərin və güc strukturlarının rəhbərlərinin gəlirlərinin yoxlanılmasını zəruri hesab edib. Beynəlxalq təşkilat bəyan edib ki, ortaya çıxan mənfi hallar müstəqil məhkəmələr tərəfindən araşdırılmalıdır. Yeni təklifdə qeyd olunub ki, prezident və rəsmi qurumların nümayəndələrinin lobbilər və şirkətlərlə əlaqələri də araşdırılmalıdır. Bundan başqa, təklif olunub ki, prezidentlik postuna yeni gələn şəxs ona aid əmlak və maliyyə hesabı ilə bağlı hesabat verməlidir.