Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ XİN rəhbərləri İranı dərhal nüvə razılaşmasına əməl etməyə çağırıb

Aİ XİN rəhbərləri İranı dərhal nüvə razılaşmasına əməl etməyə çağırıb

Tarix: 11 Yanvar 2020 01:40

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin XİN rəhbərləri İranı nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) əməl etməyə çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrel ittifaqın 28 ölkəsinin xarici işlər nazirlərinin təcili iclasından sonra keçirilən mətbuat konfransında deyib.

J.Borrel bildirib: "Biz İranı dərhal BHFP-yə əməl etməyə qayıtmağa çağırırıq".

Onun sözlərinə görə, XİN rəhbərləri həmçinin ABŞ və İranı bölgədə deeskalasiyanı təmin etməyə çağırıblar: "Bölgə daha bir müharibəyə tab gətirə bilməz. Biz tərəfləri təcili deeskalasiyaya və maksimal dərəcədə təmkinli olmağa çağırırıq".

J.Borrel qeyd edib ki, xarici işlər nazirləri yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün ondan bütün tərəflərlə fəal danışıqlar aparmağı istəyiblər: "Biz istisnasız olaraq hər kəslə danışmalıyıq və qərar regional olmalıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN rəhbərləri İranı dərhal nüvə razılaşmasına əməl etməyə çağırıb


RƏYLƏR