Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 15:27
Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 200 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları və içərisindəki taxta materiallar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin