Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 17:58
"Çelsi"nin futbolçusu Kristian Pulişiç zədə səbəbi ilə bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Frenk Lempard Premyer Liqanın 22-ci turunda "Börnli" ilə matçdan əvvəl keçirilən mətbuat konfransında məlumat verib. İngiltərəli mütəxəssis 21 yaşlı yarımmüdafiəçini əzələ ağrıları səbəbi ilə heyətdən çıxardığını bildirib:
"Pulişiç əzələsinə görə bir neçə həftə kənarda qalacaq. Bu, bizim üçün itkidir və üzülürük. Miladdan əvvəl bir az yorğunluqdan şikayətləndi. Ona görə də zədə qorxusu səbəbindən onu bir müddət heyətdən çıxardım. Kristian azarkeşləri sevindirməyi bacaran, istedadlı bir futbolçudur".
Qeyd edək ki, bu gün keçiriləcək "Çelsi" - "Börnli" görüşü saat 19:00-da start götürəcək.