Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sizin yerinizə sevgili seçən ağıllı qolbaq

Sizin yerinizə sevgili seçən ağıllı qolbaq

Tarix: 11 Yanvar 2020 19:12

"DNANudge DNABand" "ağıllı" qolbağı DNT-yə görə həyat tərzinizi seçməkdə yardımçı olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, qolbağın addımları saymaq, nəbz ölçmək xüsusiyyətləri də var.

İstifadəçinin yanağının iç tərəfindən alınan nümunə analiz ediliərək DNT təyin edilir. Sonra "DNABand"ə sığacaq bir kapsula yerləşdirilir Kapsul yerləşdirildikdən sonra qida təyininə başlamaq olar. Bundan başqa, "DNANudge"ın mobil tətbiqi də var.

DNT testi aparılan isitfadəçi qolbağı hansısa qidanın barkoduna yaxınlaşdıranda onun orqanizmi üçün uyğun olub-olmadığını öyrənə bilir. Yaşıl rəng uyğun olduğu, qırmızı isə uygun olmadığını bildirir.

Qolbaq sadəcə qidalanma məsələsində köməyinizə yetmir. Eyni zamanda, qolbaq DNT-si uyğun gələn şəxs aşkar etdikdə yaxınlaşma tövsiyə edir. DNT-si uyğun gələn şəxslərin eyni alış-veriş alışqanlıqlarına sahib olması prizmasından yola çıxan tətbiq iki nəfərin yaxınlaşmasını da təmin edir.

Milli.Az


Etiketlər:  Sizin yerinizə sevgili seçən ağıllı qolbaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ