Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xorvatiyada qocalar evində yanğında ölənlər var

Xorvatiyada qocalar evində yanğında ölənlər var

Tarix: 12 Yanvar 2020 01:54

Bakı. Trend:

Zaqreb yaxınlığında qocalar evində yaşayan altı qoca yanğında həlak olub.

Trend-in məlumatına görə, dekabrın 11-də səhər saatlarında Xorvatiyanın paytaxtından 30 km aralıda yerləşən Andreşevac kəndindəki qocalar evində yanğın baş verib. Yanğın taxta konstruksiyanı sürətlə bürüyüb və yanğınsöndürmə briqadalarının dərhal gəlməsinə baxmayaraq bina tamamilə yanıb.

Yanğının səbəbləri hələ müəyyən edilməyib. İlkin məlumata görə, binada ümumilikdə 20 nəfər olub.

Faciə ilə əlaqədar hadisə yerinə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç baş çəkib, ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.


Etiketlər:  Xorvatiyada qocalar evində yanğında ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ