Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki qurum avtomobillərini satışa çıxarır - "Daewoo Espero" 1500 manata

İki qurum avtomobillərini satışa çıxarır -

Tarix: 12 Yanvar 2020 05:30

Fevralın 11-də avtomobillərin hərracda satışı təşkil ediləcək.

Milli.Az bildirir ki, "Zabrat Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyətinin iki avtomobili satışa çıxarılacaq.

Qurumun 1996-cı il buraxılışlı "Daewoo Espero" avtomobilinin ilkin qiyməti 1500 manata təklif olunacaq.

Zavodun 2000-ci il buraxılışlı "Daewoo Super Salon" avtomobilinin start qiyməti 2000 manat olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının balansında olan, 2006-cı il buraxılışlı "Nissan Maxima" avtomobilinin isə ilkin qiyməti 10 min manata təklif ediləcək.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e-emdk.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq. (ölkə.az)

Milli.Az


Etiketlər:  İki qurum avtomobillərini satışa çıxarır Daewoo Espero 1500 manata


RƏYLƏR