Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadan İran açıqlaması: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”

Ukraynadan İran açıqlaması: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”

Tarix: 12 Yanvar 2020 10:46

Ukrayna Beynəlxalq Hava Yolları uçuş marşrutlarının dəyişdirildiyini və şirkətin təyyarələrinin artıq İran üzərindən uçmayacağını bildirib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, İranın Ukrayna təyyarəsini səhvən vurduğunu açıqladıqdan sonra ölkənin Beynəlxalq Hava Yolları açıqlama yayıb.

Ukrayna Beynəlxalq Hava Yollarının verdiyi açıqlamada bildirilir ki, İran etdiyi bu cinayətə görə bütün məsuliyyəti öz üzərinə götürməlidir.

Açıqlamada qeyd edilir ki, İran hakimiyyəti hava limanını bağlamalıdır.

"Onlar bizim ən yaxşı komandamız idi"

Ukrayna Hava Yollarının baş direktoru Yevgeni Dihne hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, burada heç bir texniki nasazlıqdan söhbət gedə bilməz: "İranın ilk açıqlamalarında komandamızın səriştəsizliyindən və ya texniki nasazlıqdan bəhs edilirdi. Bu, tamamilə yalan idi və biz bunu sübut etdik. İranın ötən gün verdiyi açıqlama da bizim fikirlərimizi bir daha təsdiq etdi. Bu komandadakı insanlar bizim ən yaxşı mütəxəssislərimiz idi."

"Bunu bilərəkdən ediblər..."

Ukrayna Kəşfiyyat Xidmətinin (SBU) rəhbəri İvan Nazirov da məsələ ilə bağlı bir açıqlama verib. O, "atılan raket avtomatik olaraq işə düşməyib, bunu bilərəkdən ediblər. Kəşfiyyat qrupu olaraq dünən iki ehtimal üzərində dayanmışdıq. Təyyarə ya vurulmuşdu, ya da terror hücumuna məruz qalmışdı."

Bundan başqa, Ukrayna prezidenti Vladimir Zelenski İranın günahını etiraf etməsindən sonra ölkə mediasına açıqlama verib. O, İranın çox yönlü araşdırmalara başlamasını tələb edib.


Etiketlər:  Ukraynadan İran açıqlaması Təyyarələrimiz İran üzərindən uçmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ