Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 10:58
Macarıstanın “Pakş” komandasının baş məşqçisi Qabor Osztermaer dünən Antalyada Azərbaycan təmsilçisi “Sabah”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Qol.az xəbər verir ki, o, qalib gəldikləri matç (2:0) haqda klublarının saytına açıqlama verib.
“Biz yaxşı təşkilatlanmış, ciddi müqavimət göstərən, heyətində bir neçə yüksək keyfiyyətli futbolçusu olan komandaya qarşı oynadıq. Liqadakı son matçda olduğu kimi, bu görüşdə də diqqətli idik. Müdafiədə yaxşı oynadıq. Ona görə də rəqib təhlükəli ola bilmədi. Daha üç qol vura bilərdik. Mən ikinci hissədə hücum futbolumuzdan razı qaldım. Nəticədən razıyam. Daha çox qola bilməməyimizi görmək isə mənim üçün vacib idi” – deyə o qeyd edib.