Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tailandda aksiyalar başladı

Tailandda aksiyalar başladı

Tarix: 12 Yanvar 2020 12:34

Bu gün Tailandda uzun illər sonra ilk dəfə demokratiyanın genişləndirilməsi tələbi ilə aksiya keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Demokratiya uğrunda yarış!" şüarı ilə paytaxt Banqkokda keçirilən aksiyada 13 min insan iştirak edib.

Paralel olaraq Banqkokda mövcud hakimiyyətə dəstəklə əlaqədar aksiya keçirilib. Həmin aksiyaya da 10 mindən çox insan qatılıb.

"Demokratiya uğrunda yarış!" aksiyasına xüsusən tailandlı gənclər arasında populyar olan xarizmatik milyarder Txanatxorn Çuanqrunqruanqkit rəhbərlik edir. Txanatxorn Çuanqrunqruanqkit buraxılma təhlükəsi ilə üzləşmiş antimillitarist partiyaya rəhbərlik edir. Milyarder deputat statusundan da məhrum edilib, çoxsaylı məhkəmə iddiaları ilə üzləşib.

Txanatxorn Çuanqrunqruanqkit aksiyadan əvvəl deyib ki, xalqın qəzəbini və hökumətin fəaliyyətindən məyus olduğunu hiss etmək olar: "Xalq xuntanın hakimiyyəti mənimsəməsindən narazıdır. Biz dəyişiklik istəyirik, demokratiyanı bizə qaytarın".

Qeyd edək ki, 2014-cü ildə Tailandda hərbi çevrilişdən sonra ölkəyə istefada olan general Prayut Çan-oça rəhbərlik edir. 2019-cu ildə keçirilən parlament seçkilərindən sonra seçkilərin saxtalaşdırılması ətrafında qalmaqal yaşanıb, Çan-oça koalisiya hökumətində baş nazir postunu tutub.

Bir neçə onillikdir ki, Tailandda siyasi stabillik yoxdur. Ölkə faktiki iki düşərgəyə bölünüb. Bir düşərgəyə konservativ hakim elita və kral ailəsi rəhbərlik edib, digər düşərgədə isə demokratiyanın genişləndirilməsi tərəfdarları yer alıb.

Milli.Az


Etiketlər:  Tailandda aksiyalar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ