Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İŞİD Pakistanda məscidi partlatdı: 15 nəfər öldü

İŞİD Pakistanda məscidi partlatdı: 15 nəfər öldü

Tarix: 12 Yanvar 2020 14:34

Pakistanın cənub-qərbindəki Quetta şəhərində yerləşən məsciddə meydana gələn bomba partlayışı nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

"The İndependent" qəzeti bildirir ki, ibadət edən insanların arasında yer alan terrorçu özünü partladıb. Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. İŞİD bildirib ki, sözügedən məsciddə Əfqanıstanın Taliban hərəkatına bağlı tələbələr toplaşırmış. Elə bu səbəbdən də İŞİD həmin məscidi hədəfə alıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ABŞ-ın Pakistandakı səfiri Pol Jones açıqlamasında "İbadət yerindəki bu dəhşətli terror hücumunu qınayırıq. Ölənlərin ailələrinə başsağlığı veririk", deyib.

Bəlucistanın paytaxtı olan Quettan mineral mədənlər və qazla zəngindir. Çinin çəkdiyi 60 milyard dollar dəyəri olan "Kəmər və Yol" layihəsində bu şəhərin xüsusi yeri var. Bu şəhər həm də Çin-Pakistan İqtisadi Dəhlizinin mərkəzi hesab olunur.

Hücum bu həftə ərzində baş verən ikinci terror aktıdır. Polis bildirib ki, İslamabad yaxınlığındakı Ravalpindi şəhərində bir intiharçı-hücumçu iki polisi öldürdükdən sonra digər polslər tərəfindən qətlə yetirilmişdi.

Taliban hərəkatı verdiyi açıqlamada yüksək səviyyəli bir komandir də daxil olmaqla, bəzi üzvlərinin öldürülməsi haqqında deyilənləri təkzib edib.

Pakistan rəsmiləri partlayış olan məscidin Talibana aid olduğunu inkar etsə də adının çəkilməsini istəməyən yerli məmurlardan ikisi dini ibadət mərkəzinin məhz Talibana məxsus olduğunu təsdiq ediblər.

Bəluçistanda yerli təbii sərvətlərdən əldə edilən gəlirlərdən daha çox pay almaq istəyən separatçı və millətçi qruplar aktivdir və burada tez-tez üsyanlar olur. Yaraqlı islamçılar, o cümlədən yerli Taliban və İŞİD bölgədə güclüdür.

Qeyd edək ki, Talibanla İŞİD arasında münasibətlərin kəskinləşməsi təzə söhbət deyil. Əl-Qaidəyə daha yaxın olan Taliban İŞİD-dən uzaq olmaq zorundadır. Çünki Əl-Qaidə ilə İŞİD arasında düşmən münasibətlər formalaşıb. Orası da var ki, son vaxtlarda ABŞ ilə Taliban arasında yarımgüzli danışıqlar gedir. Bu amil də münasibətlərin daha da gərginləşməsinə səbəb olub.


Etiketlər:  İŞİD Pakistanda məscidi partlatdı nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ