Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 18:42
Türkiyə ordusu bu gündən etibarən Hatay vilayətində irimiqyaslı antiterror əməliyyatına başlayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Qapan-2 adı verilən əməliyyata hüquq-mühafizə orqanlarının 585 əməkdaşı, o cümlədən polis və jandrm qüvvələri də cəlb olunb.
Əməliyyatın məqsədi Amanos dağ silsiləsində yerləşən rayonları PKK terrorçularından tamamilə təmizləməkdir.
Əməliyyatın ilk saatında artıq terrorçuların sığınacaqları və silahla dolu 3 anbarı ələ keçirilib, kustar üsulla düzəldilmiş 1 ədəd partlayıcı zərərsizləşdirilib.