Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 20:40
Bakı. Elnur Bağışov - Trend:
8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 145 nəfərinin ailəsindən DNT qan analizi götürülüb.
Trend-in məlumatına görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatından verilən açıqlamada öz əksini tapıb.
Təşkilatdan bildirilir ki, təyyarə qəzasında həlak olan 147 iranlıdan 142 nəfərin meyitinin müəyyənləşdirilməsi üçün işlər davam etdirilir.
Bununla yanaşı, 3 Əfqanıstan vətəndaşının ailəsindən də DNT qan analizi götürülüb.
Təşkilatdan verilən məlumata görə, qəzada həlak olan ukraynalıların ailələrinin məlumatları İranın Tibbi Ekspertiza Təşkilatına təqdim olunub.
Bildirilir ki, İranın Ekspertiza Təşkilatı meyitlərin tez bir zamanda müəyyənləşdirilməsinə çalışır.
Xatırladaq ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin