Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 21:16
Bərdədə yanğın hadisəsi qeydə alınıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Alaçadırlı kəndində ot tayası yanıb. Yanğın zamanı 1981-ci il təvəllüdlü Hüseynov Səxavət, 1989-cu il təvəllüdlü Əhmədova Gülnar, 1973-cü il təvəllüdlü Xudumova Telan tüstüdən zəhərləniblər.
Zəhərlənənlər rayonun mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.