Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkotacirlər saxlanılıb - FOTO

Narkotacirlər saxlanılıb - FOTO

Tarix: 12 Yanvar 2020 23:12

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş rayon sakini Cavad Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən kibrit qutularında və kağız bükümlərdə ümumi çəkisi 32,75 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

C.Kərimovun ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə üzərində daşıdığı narkovasitəni rayonun Pirəzə kənd sakini Əfqan Abdullayevdən aldığı müəyyən olunub. Ə.Abdullayevin yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidən 218,22 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. C.Kərimov və Ə.Abdullayev şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Narkotacirlər saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ