Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci Dünya Müharibəsindən qalan 2 bomba aşkarlandı

İkinci Dünya Müharibəsindən qalan 2 bomba aşkarlandı

Tarix: 13 Yanvar 2020 09:16

Almaniyanın Dortmund şəhərində İkinci Dünya Müharibəsindən qalan iki ədəd 250 kiloqramlıq bomba aşkar edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polisinin rəsmi "Twitter" səhifəsində bildiriblər.

Məlumatda deyilir: "Dortmundda şəhərin tarixinin ən böyük təxliyələrindən biri həyata keçirilir".

Bildirilir ki, təxminən 14 min insan öz evini tərk etməli olacaq. Təxliyə zamanı şəhərdə dəmir yolu hərəkəti tamamilə dayandırılıb.

Daha sonra şəhər hakimiyyətindən aşkar edilən bombaların zərərsizləşdirildiyi barədə məlumat verilib.


Etiketlər:  İkinci Dünya Müharibəsindən qalan bomba aşkarlandı


RƏYLƏR