Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın xüsusi mükafatına layiq görüldü

Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın xüsusi mükafatına layiq görüldü

Tarix: 15 May 2019 16:24

Bakı. Trend:

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsində Azərbaycanın daha bir sosial layihəsi - əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem müsbət dəyərləndirilərək BSTA-nın xüsusi mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, təşkilatın ölkəmizdə təşkil etdiyi Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat BSTA-nın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.

Əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən həmin e-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonra tibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə, yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında, əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv şəkildə qərar qəbul edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əlilliyin qiymətləndirilməsi üzrə sistem Avropanın xüsusi mükafatına layiq görüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ