Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 19:18
Türkiyənin II divizionunda mübarizə aparan “Sakaryaspor” “Ergene Vəlimeşəspor”la matça üzərində “kirayə” yazılmış forma ilə çıxıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “yaşıl-qaralı”lar formanın ön hissəsinə sponsor tapa bilmədiyi üçün bu addıma əl atıb.
Klub rəhbərliyi bununla diqqət çəkmək və sponsor tapılmasını tezləşdirmək istəyib.