Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avropa çempionatında görüşmək üzrə'' - Merih Demiral

''Avropa çempionatında görüşmək üzrə'' - Merih Demiral

Tarix: 13 Yanvar 2020 22:32

İtaliya A Seriyasının 19-cu turunda “Roma” ilə matçında zədələnən “Yuventus”un futbolçusu Merih Demiralın son durumu müəyyənləşib.

Qol.az klubu saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvünün sol dizinin çarpaz bağı qopub. Onun yaxın vaxtlarda əməliyyat olunacağı bildirilib.

İtaliya mətbuatı 21 yaşlı müdafiəçi mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcəyini yazıb.

M.Demiral son durumu ilə bağlı "Tvitter" hesabında yazıb: "Zədədən sonra mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında görüşmək üzərə".
 
Bizi Feysbukda da izləyin!

 


Etiketlər:  Avropa çempionatında görüşmək üzrə Merih Demiral


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ