Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beqoviç rəsmən ''Milan''da

Beqoviç rəsmən ''Milan''da

Tarix: 14 Yanvar 2020 00:22

Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da çıxış edən Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, klubun saytı bosniyalı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. O, İtaliya nəhəngində də icarədə oynayacaq.

Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək

Qeyd edək ki, 32 yaşlı qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.
 


Etiketlər:  Beqoviç rəsmən Milanda


RƏYLƏR