Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 08:34
İtaliya A Seriyasının 19-cu turunda "Roma" ilə matçında zədələnən "Yuventus"un futbolçusu Merih Demiralın son durumu müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvünün sol dizinin çarpaz bağı qopub. Onun yaxın vaxtlarda əməliyyat olunacağı bildirilib.
İtaliya mətbuatı 21 yaşlı müdafiəçi mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcəyini yazıb.
M.Demiral son durumu ilə bağlı "Tvitter" hesabında yazıb: "Zədədən sonra mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında görüşmək üzərə".