Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qafqazşünaslıq üzrə layihəyə qəbul davam etdirilir

Qafqazşünaslıq üzrə layihəyə qəbul davam etdirilir

Tarix: 14 Yanvar 2020 10:00

Bakı. Trend:

“Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.

Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, udin, erməni və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur. Həmin dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

- Gürcü, udin, erməni və qrabar dillərini sərbəst - “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;

- Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;

- Komandada və müstəqil şəkildə işləməyi bacaran;

- Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.

Aylıq əmək haqqı: 1200 AZN-dan başlayır (dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq).


Etiketlər:  Qafqazşünaslıq üzrə layihəyə qəbul davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ