Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 17:30
Xalq artisti Flora Kərimova ATV-də yayımlanan "Ulduzlu yayım" verilişinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, proqram zamanı sənətçinin Fatmayı kəndində tikdirdiyi üçmərtəbəli bağ evi nümayiş etdirilib.
"Buranı bir mərtəbə almışdım, sonra fikirləşdim ki, yerimiz dar olacaq. İkinci mərtəbəni tikdirdim. Daha sonra isə üçüncü mərtəbəni inşa etdirdim. Mən ikinci mərtəbədə qalıram" deyə, F.Kərimova bildirib.
Qeyd edək ki, müğənninin qızı İngiltərədə, oğlu isə ailəsi ilə Almaniyada yaşayır.