Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib

Tarix: 14 Yanvar 2020 18:18

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.

Trend-in Gürcüstan Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, "Keşikçi Qala" sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının səmərəli işi nəticəsində insidentin qarşısı vaxtında alınıb.

Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq davam edir.

Gürcüstan Daxili İşlər Nazirliyi bu hadisədə səmərəli əməkdaşlığa görə azərbaycanlı həmkarlarına təşəkkür edib.


Etiketlər:  Gürcüstan Azərbaycan sərhədində insident baş verib


RƏYLƏR