Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO)

Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO)

Tarix: 15 Yanvar 2020 10:45

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzi "British Council"in təlimçisi Zarema İbrahimovanın iştirakı ilə “Tələbələrdə danışıq vərdişlərinin inkişafı: onları xarici dildə danışmağa sövq etmək” adlı ödənişsiz təlim keçirib. Təlim universitetdən məzun olan və hazırda Azərbaycanın regionlarında işləyən müəllimlərin ingilis dilinin tədrisi metodikası sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə təşkil olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova məzunları universitetdə görməkdən məmnun olduğunu deyib. S. Zeynalova təlimin təşkil olunmasını yüksək qiymətləndirib, məqsəd və vəzifələr haqqında fikirlərini bölüşüb.

Layihədə İsmayıllı, Ağdam, Bakı məktəblərindən 67 müəllim iştirak edib.

İki saat davam edən təlimin tapşırıqları müasir təhsil kontekstində dil bacarıqlarının inkişafı, danışıq bacarığını inkişaf etdirən tapşırıqların interaktiv şəkildə öyrədilməsi üzrə aparılıb.

Təlim iştirakçıları ADU-nun rektoru, akademik Kamal Abdullaya müasir təhsil sistemindəki yeniliklərin öyrənilməsində yaratdığı şəraitə və məzunlara göstərdiyi diqqət görə öz təşəkkürlərini bildiriblər.

Dil və Tərcümə xidmətləri mərkəzinin müdiri Salman Quliyev və təlimçi Zarema İbrahimova iştirakçıları setrifikatla təltif ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO) Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO) Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO) Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO) Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO) Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO) Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO) Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib (FOTO)


Etiketlər:  Tərcümə Xidmətləri Mərkəzi təlim təşkil edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ