Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni təxribatının qarşısı alındı - RƏSMİ

Erməni təxribatının qarşısı alındı - RƏSMİ

Tarix: 15 Yanvar 2020 17:30

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının "Qazax" əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

Bu barədə Sonxeber.net-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

"15 yanvar tarixində 16:00 radələrindən başlamaqla Qazax ra­yo­nunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub", - DSX-dən bildirilib.


Etiketlər:  Erməni təxribatının qarşısı alındı RƏSMİ


RƏYLƏR