Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 11:00
Bakı. Trend:
Amerikanın "SpaceX" şirkəti 60 peyklə birgə səmaya qalxacaq "Falcon 9" raket daşıyıcısının buraxılmasını təxirə salıb. Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.
Səbəb olaraq isə hava şəraiti qeyd edilib. Belə ki, güclü külək səbəbindən raket daşıyıcısının səmaya buraxılması məqsədəuyğun sayılmayıb.
Şirkət rəhbəri İlon Mask özünün "Twitter" səhifəsində qeyd edib ki, bu peyklər "SpaceX" üçün ən ağır yük olacaq, belə ki ümumi çəkisi 18,5 ton təşkil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin