Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 10:33
Bakı. Trend:
“Həkimlərimizi tanıyın!” rubrikamızda yüzlərlə insana gözəl gülüş bəxş edən, peşəkarlığı, mehribanlığı, qayğıkeşliyi ilə seçilən uzman üz-çənə cərrahı, t.f.d. Dr. Ülviyyə Məmmədovanı təqdim edirik.
Dr. ÜLVİYYƏ MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalında ortoqnatik cərrahiyyə, çənə-üz sınıqlarının bərpası, stomatoloji cərrahiyyə, dental implant cərrahiyyəsi, dentoalveolar cərrahiyyəsi, ağıl dişlərinin cərrahiyyəsi, çeynəmə problemlərinin düzəldilməsi, çənədəki kista və xoş xassəli şişlərin cərrahiyyəsi, apikal rezeksiya və ağız boşluğunun selikli qişa xəstəliklərinin müalicəsi ilə məşğuldur.
Dr. Ülviyyə Məmmədova 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmiş, 2010-2015-ci illərdə Ankara Qazi Universitetinin Diş Həkimliyi fakültəsində Ağız, diş, çənə xəstəlikləri və cərrahiyyəsi kafedrasında təhsilini davam etdirərək, uzman həkim adını və tibb sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dr. Ülviyyə Məmmədova 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında üz-çənə cərrahı, implantoloq kimi çalışır.
Dr. Ülviyyə Məmmədova daim öz üzərində çalışan, özünə qarşı çox tələbkar, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. Onlarla elmi konfranslara qatılıb, poster və məruzələrlə çıxış etmişdir. 2015-ci ildə ABŞ-ın Meyn ştatının Portland şəhərində Emanuel Legacy və Providence klinakalarında professor Erik Dierksin rəhbərliyi altında üz-çənə nahiyəsinin travmaları, gicgah-çənə oynağının xəstəlikləri və cərrahiyyəsi sahəsində elmi praktiki təcrübə keçərək fəxri diplomla təltif olunmuşdur.
Dr. Ülviyyə Məmmədova 2012-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən 15-ci Beynəlxalq “DENTSPLY Friadent” simpoziumunda, 2013-cü ildə İsveçrənin Bazel şəhərində keçirilən Estetik bölgələrdə dental implant cərrahiyyəsi üzrə təkmilləşdirmə kursunda, 2018-ci ildə Hindistanda keçirilən “Alt çənə oynağının cərrahi yolla müalicəsi” təlimində, 2019-cu ildə Avropanın üz-çənə cərrahları Assosiasiyasının və SORG Akademiyasının birgə təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən “Çənə sınıqlarının yeni cərrahi metodlarla rekonstruksiyası” mövzusunda təlim kursunda iştirak etmişdir.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/ulviyye-mammadova/. Dr. Ülviyyə Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin