Tarix: 16 May 2019 11:36
Mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak karyerasını bitirə bilər.Qol.az-ın Polşa mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 32 yaşlı müdafiəçi şəxsi "Tvitter" səhifəsində məlumat verib. Təcrübəli futbolçu bu barədə dostuna söz verdiyini bildirib:
"Dostuma demişdim ki, "Pyast" çempion olsa, karyeramı bitirəcəyəm. Bəlkə də artıq vaxtı çatıb".
Qeyd edək ki, Polşa çempionatına 69 xalla turnir cədvəlinə başçılıq edən "Pyast" ən yaxın izləyicisi "Legiya"nı 2 xal qabaqlayır. Qlivitse təmsilçisi son turda evdə "Lex"i məğlub etsə, digər görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq.