Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 16:50
Bakı Olimpiya stadionunun süni meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərindən fiziki test normativləri götürülüb.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, aşağı yaş qrupu üzrə yığma komandaların fiziki hazırlıq üzrə məşqçisi Vladimir Mrdakoviç tərəfindən keçirilən və iki gün davam edən testlər zamanı futbolçuların güc, dözümlülük, koordinasiya və hündürə tullanmaq keyfiyyətləri yoxlanılıb.