Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marko Deviç yenidən “Sabah”da - Rəsmi

Marko Deviç yenidən “Sabah”da - Rəsmi

Tarix: 17 Yanvar 2020 00:20

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç bu mövsümün sonuna kimi komandanın uğurları üçün çalışacaq.

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko Bakı təmsilçisinin Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

 


Etiketlər:  Marko Deviç yenidən Sabahda Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ