Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 01:20
Bakı. Trend:
ABŞ Senatı dekabrın 16-sı ABŞ, Meksika və Kanada arasında ticari sazişi (USMCA) təsdiqləyib.
Trend-in məlumatına görə, hal hazırda 89 senator sənədi dəstəkləyib, 9-u isə qarşı çıxıb.
Sənəd ABŞ Prezidenti Donald Trampa imzalanmaq üçün təqdim ediləcək. Amerika Birləşmiş Ştatları Prezidentinin baş müşaviri Kelien Konuey, jurnalistlərə ("C-Span" tərəfindən yayımlanmışdır) Trampın tezliklə sazişi imzalamağa hazır olduğunu bildirib.
"NAFTA"nı əvəz edən "USMCA" sazişi, üç ölkənin liderləri tərəfindən 2018-ci ilin noyabr ayında razılaşdırılıb, lakin daha əvvəl Nümayəndələr Palatası tərəfindən qəbul edilsədə, ABŞ Konqresi tərəfindən hələ də təsdiq edilməyib.
Şimali Amerika Azad Ticarət Sazişinin müddəalarına yenidən baxılması işləri 2017-ci ildə başlanıb və bir sıra qarşıdurmalarla müşayət olunub. Bura həmçinin ABŞ-ın Kanada və Meksikadan gələn mallara Donald Trampın administrasiyası tərəfindən tətbiq ediləcək rüsümlar xəbərdarlıqlarıda daxildir.
Yeni normaların qüvvəyə minməsi 2020-ci ilin iun ayında gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin