Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 09:40
Bakı. Trend:
Hong Kong, Makao və Tayvanın xüsusi inzibati bölgələri istisna olmaqla, Çin əhalisi 2019-cu ilin sonunda 4,67 milyon nəfər artaraq 1,4 milyard nəfəri keçib.
Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Statistika Bürosunun xəbərində deyilir.
2018-ci ildə Çinin əhalisi 5,3 milyon nəfər artıb.
2019-cu ildə ölkədə 14,65 milyon yeni doğulan uşaq qeydə alınıb, doğuş koefisienti hər min nəfərə 10,48 olub. Elə həmin il Çində 9,98 milyon insan dünyasını dəyişib və ölüm nisbəti minə 7,14 təşkil edib. Əhalinin təbii artımı hər min nəfərə 3,34 təşkil edib. Kişi əhalisinin sayı 715,27 milyon, qadınlar 684.78 milyon olub. Sakinlərin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.
16 yaşdan 59 yaşa qədər ümumi əmək qabiliyyətli əhalinin sayı 2019-ci ildə 897,29 milyon nəfərdən 896,4-ə düşüb ki, bu da ümumi əhalinin 64 faizini təşkil edir. 2018-ci ildə bu göstərici 64,3% olub.
2019-ci ilin sonunda Çində 60 yaşdan yuxarı 253.88 milyon, 65 yaşdan yuxarı insanların sayı isə 176,03 milyon nəfərə (2018-ci ildə 166,58 milyon) çatdı ki, bu da ölkə ümumi əhalisinin 12,6 faizini təşkil edir.
İl ərzində şəhər əhalisi 17,06 milyon artaraq 848,43 milyon nəfər, kənd əhalisi isə 12,39 azalaraq 551,62 milyon nəfər təşkil edib. Şəhər əhalisinin payı 59,58 faizdən 60,6 faizə yüksəlib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin