Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 10:15
"Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədlərin qeydə alınmasını görməkdən şadıq".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-nın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.
Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir.
O vurğulayıb ki, fərqli spektləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.
L.Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: "Biz şadıq ki, Azərbaycxan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizit bildirəcəyik".