Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekologiya və Təbii Sərvətlər naziri və müavini vətəndaşlarla görüşəcəklər

Ekologiya və Təbii Sərvətlər naziri və müavini vətəndaşlarla görüşəcəklər

Tarix: 17 Yanvar 2020 15:39

Bakı. Trend:

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 31 yanvar 2020-ci il tarixində saat 10:00-da Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşlarını Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 242) qəbul edəcək.

Bu barədə Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 31 yanvar 2020-ci il tarixində saat 10:00-da, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Salyan və Neftçala rayonlarının vətəndaşları ilə Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Təbriz Xəlilbəyli 126) görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov 8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 012-585-50-73, 050-369-20-77, 050-275-37-75) xahiş olunur.


Etiketlər:  Ekologiya Təbii Sərvətlər naziri müavini vətəndaşlarla görüşəcəklər


RƏYLƏR