Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 17:58
Nikol Paşinyanın öz komandasının üzvlərinə etimadsızlığı hər keçən gün bir az da dərinləşir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "İrates" qəzeti yayıb.
"Bizim məlumatımıza əsasən, Paşinyanı daha çox komandasının bəzi üzvlərinin digər siyasi qüvvələrlə oyunlara başlaması və sərfəli anda öz düşərgələrini dəyişib, onu tək qoyacağı narahat edir", - xəbərdə bildirilib.
Məlumatda Paşinyanın komandasında bəzi şəxslərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyandan daha betər olduğu və onların daha pis şeylər etiraf edə biləcəyi vurğulanıb. Qeyd olunub ki, Mənim Addımım Blokunun deputatları arasında Vanetsyanın adamları var və sabiq kəşfiyyat şefinə kömək edirlər.