Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əhmədov: Radikal müxalifəti xalq tərbiyəli etməlidir

Əli Əhmədov: Radikal müxalifəti xalq tərbiyəli etməlidir

Tarix: 16 May 2019 16:12

Bakı. Elçin Mehdiyev - Trend:

Radikal müxalifəti xalq tərbiyəli etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, xalq səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir:

“Mən istərdim ki, radikal müxalifət "Radikal müxalifət" adını öz üzərindən götürsün. Dünyanın hər yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikalçı olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri bununla səhvə yol verir”.

Ə.Əhmədov vurğulayıb ki, radikallıq böyük bir nöqsandır: “Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əhmədov Radikal müxalifəti xalq tərbiyəli etməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ