Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kreativ Azərbaycan" portalı – yaradıcı şəxslər üçün kreativ kontent, fürsətlər və yeniliklər

Tarix: 17 Yanvar 2020 19:45

Bakı. Trend:

“Kreativ Azərbaycan” portalı Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərinin inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləyən, bu sənaye sahələrinə dair maarifləndirmə və təbliğat fəaliyyətlərinin həyata keçirən, eləcə də yaradıcı məhsullar və xidmətlərin yerli istehsalı, tanıtımı və ixracını təşviq edən onlayn resurs kimi Mədəniyyət Nazirliyi tərəfindən yaradılıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yaradıcı şəxsləri dünyada kreativ sənayelər sahələrində baş verən proseslər, yeniliklər, imkanlar və tədbirlər haqqında müntəzəm məlumat almaq üçün www.creative.az saytını və onun sosial media səhifələrini izləməyə, eyni zamanda sahəvi inkişaf proseslərində iştirak etmək üçün saytda qeydiyyatdan keçməklə Kreativ Azərbaycan şəbəkəsinə üzv olmağa dəvət edir.

Facebook: facebook.com/creative.az

Instragram: instagram.com/kreativaze


Etiketlər:  Kreativ Azərbaycan portalı yaradıcı şəxslər üçün kreativ kontent fürsətlər yeniliklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ