Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 20:06
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov "Sovetski"də yaşayan sakinlərlə görüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilovun verdiyi məlumata görə, 24 ailə ilə görüşən icra başçısı onların problemlərini dinləyib və sakinlərin problemlərinin həlli ilə bağlı tapşırılqar verib.
Ərazinin işıq və su xətlərində qəzalar olduğuna görə yaranan müəyyən fasilələr müvafiq qurumlar tərəfindən aradan qaldırılıb. Sakinlər daimi işıq və su ilə təmin ediliblər.