Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 09:56
"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "topçular" PSJ-nin oyunçusu Leven Kurzava ilə 5 illik razılığa gəlib. 27 yaşlı müdafiəçinin paytaxt klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək. Buna görə də fransalı futbolçu London təmsilçisinə yayda azad agent olaraq keçəcək.
Qeyd edək ki, L.Kurzava 2015-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm yerli çempionatda 11 matça çıxıb və 1 qolun ötürməsini verib.