Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 11:04
2019-cu ildə orta aylıq pensiya 15 faiz, o cümlədən yaşa görə pensiya 15 faiz, əlilliyə görə pensiya 22 faiz artıb. Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım olacaq.
Sonxeber.net xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında çıxışı zamanı deyib.
Əmək müqavilələrinin sayında 2019-cu ildə 153 min artımın olduğunu qeyd edən S.Babayev bu artım dinamikasının 2020-ci ildə də davam etməsinin əsas hədəflərdən olduğunu deyib. O, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını diqqətə çatdırıb. 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidmətinin yaradıldığını və bu xidmətlərinin sayının 15-ə çatdırıldığını, 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.