Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

Tarix: 18 Yanvar 2020 12:27

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağı (RTQ) BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Taylandın paytaxtı Banqkok şəhərində keçirilən transsərhəd sənədsiz ticarətin sadələşdirilməsi üzrə iclasında təqdim olunub.

Bu barədə Trend-ə İİTKM-dən məlumat verilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının müqaviləsinə əsasən Asiya və Sakit Okean regionunda transsərhəd sənədsiz ticarətin sadələşdirilməsi üzrə Çərçivə Sazişinin qəbul edilməsi bölgəyə ticarət prosedurlarının rəqəmsallaşdırılması vasitəsilə bu sahədə tərəqqinin sürətlənməsinə imkan verir.

BMT-nin iclası zamanı Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvü, B.EST Solutions şirkətinin direktoru və təsisçisi, işçi qrupunun üzvü Jana Krimpe RTQ layihəsinin ən yaxşı təcrübələrdən biri kimi reallaşdırılması haqqında məruzə edib. Y Krimpe bu layihənin təkcə regionda deyil, qlobal səviyyədə əhəmiyyətini vurğulayıb və son bir ildə əldə edilən nəticələr və RTQ portalının istifadəyə verilməsi barədə işçi qrupların üzvlərinə məlumat verib. O, həmçinin Rəqəmsal Ticarət Qovşağının inkişafının Azərbaycanın bölgədəki rəqəmsal ticarət mərkəzi kimi mövqeyini daim gücləndirəcəyini, sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyaların istifadəsini genişləndirəcəyini, mövcud xidmətlərin rəqəmsallaşdırılacağını və elektron xidmətlərə çıxışını sürətləndirmək üçün innovativ səylər göstərəcəyini qeyd edib.

Yana Krimpe həm də ticarət prosedurlarının sadələşdirilməsi, kağızsız ticarət və hərtərəfli inkişaf haqqında Azərbaycanda dövlət və özəl qurumları ilə birlikdə görülən böyük işləri təqdim edib. O, BMT-nin rəqəmsal və davamlı ticarət prosedurlarının sadələşdirilməsinə dair son hesabatına əsaslanaraq Azərbaycana dair müsbət rəqəmlərin olduğunu bildirib: “Azərbaycan çox yüksək tətbiqetmə göstəricilərinə nail olur. Bu rəqəm 80%-dən çoxdur. Region üzrə orta göstəricilər ilə müqayisədə Qazaxıstan və Özbəkistanda tətbiqetmə göstəriciləri müvafiq olaraq 67% və 62%-dir. Biz ən yaxşı təcrübəmizi bölüşmək və dünya üzrə kağızsız ticarətdə ən yaxşı nəticələrə nail olmaq istərdik.”

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu (DTH) haqqında:

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında Saziş, 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanmışdır. Konsorsium Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir.

Daha ətraflı məlumatı https://dth.az/ saytından əldə edə etmək olar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda iclasında təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ