Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 17:54
Ötən həftə ərzində İranda 596 hadisə nəticəsində 163 nəfər həlak olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.
P.Kulivəndin sözlərinə görə, hadisələrin 141-i yol qəzaları (24%), 455-i isə digər hadisələr (76%) olub.
Sədr əlavə edib ki, hadisələr nəticəsində 1 536 nəfər yaralanıb.
Təşkilat sədri 1 314 nəfərin tibbi mərkəzlərə yerləşdirildiyini, 222 nəfərə yerində yardım edildiyini deyib.