Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtda “Ford” 14 yaşlı yeniyetməni öldürdü

Paytaxtda “Ford” 14 yaşlı yeniyetməni öldürdü

Tarix: 18 Yanvar 2020 17:54

Bakı. Trend:

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN)Trend-ə verilən məlumata əsasən, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Paytaxtda Ford yaşlı yeniyetməni öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ